Pakistanın Sind əyalətində övladları yetkinlik yaşına çatdıqdan sonra evlənməyən valideynlərin cərimə olunması təklif edilib.
Bizim.Media xəbər verir ki, moderator.az bu haqda xarici İslam saytlarına istinadla bildirir.
İslam ölkəsinin mühafizəkar alyansını təmsil edən siyasətçi Seyid Əbdül Rəşidin irəli sürdüyü qanun layihəsinə əsasən 18 yaşına çatmış vətəndaşlar rəsmi olaraq nikahlarını qeyd etməlidirlər.
Bu göstərişi pozan gənclərin valideynləri 500 rupi məbləğində cərimə ödəməli olacaqlar. Qanunun artıq Sind Məclisinin bir neçə üzvü tərəfindən təqdir edildiyi qeyd olunur.
Seyid Əbdül Rəşid bu cür tədbirlərin cəmiyyətdəki cinayətlərin sayının azalmasına kömək edəcəyini söyləyib.
Müsəlman siyasətçi hesab edir ki, insanların ənənəvi dəyərlərdən uzaqlaşması sosial problemlərin artmasına səbəb olur.
S.Ə. Rəşid bəhs edilən layihə çərçivəsində heç bir şeyin evlənməyə mane olmaması və prosesi ləngitməməsi üçün gəlinin məcburi cehiz aparması məsələsinin də ləğv edilməsinə çağırıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
03:45 / 29.05.2021
Övladları evlənməyən valideynlər cərimə olunacaq
Hazırda oxunan: Övladları evlənməyən valideynlər cərimə olunacaq
Hazırda oxunan: Övladları evlənməyən valideynlər cərimə olunacaq
22772
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.