Cənubi Koreyada təyyarə qəzasına görə bir həftəlik matəm elan olundu

Cənubi Koreyada təyyarə qəzasına görə bir həftəlik matəm elan olundu

Hazırda oxunan: Cənubi Koreyada təyyarə qəzasına görə bir həftəlik matəm elan olundu

227655

Koreya Respublikasının prezidenti vəzifəsini icra edən baş nazirin müavini Çhve San Mok Muan şəhərinin hava limanında azı 177 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası ilə əlaqədar ölkə ərazisində bir həftəlik matəm elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə Cənubi Koreyanın İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb.
 

İlkin məlumata görə, qəzaya təyyarənin mühərrikində və şassisində yaranan nasazlıq səbəb olub. Ekipajin səylərinə baxmayaraq təyyarə sürətini azalda bilməyib və uçuş-eniş zolağının sonundakı maneəyə çırpılıb.


Muan şəhərində baş verən qəza ölənlərin sayına görə ölkə tarixində ikinci ən böyük təyyarə faciəsidir. 1997-ci ildə Cənubi Koreya laynerinin ABŞ-ın Quam adasında yerə çırpılması nəticəsində 228 nəfər həyatını itirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO