Suriyanın yeni hökuməti Rusiya nümayəndə heyətini qəbul etməkdən imtina edib.
Bizim.Media globalinfo.az-a istinadən xəbər verir ki, məlumatı Rusiya Teleqram kanalları yayıb.
Buna səbəb Rusiya nümayəndə heyətinin tərkibində Çeçenistan rəhbəri Ramzan Kadırovun qohumlarının yer alması olub.
Rusiya Teleqram kanalları yazırlar ki, fevrala qədər Kreml Suriyadakı kontingentini 90% azalda bilər. Tartus və Hmeymimdə çox az sayda hərbçinin qalacağı vurğulanıb.
Qərb mətbuatı artıq Rusiyanın bu ərazilərdəki şəxsi heyətini çıxartmağı sürətləndirdiyini yazıb. Buna səbəb Suriya ordusu və ələvi qruplaşmaları arasında Rusiyanın hərbi obyektləri yaxınlığında toqquşmaların artması olub.
Qeyd edək ki, bir qədər əvvəl R.Kadırov AZAL təyyarəsinin Qroznıda vurulmasına görə Bakıya "kömək" təklif edib, lakin rədd cavabı alıb.
Bizim.Media