Baydendən aylar sonra etiraf etdi: “Peşmanam”

Baydendən aylar sonra etiraf etdi: “Peşmanam”

Hazırda oxunan: Baydendən aylar sonra etiraf etdi: “Peşmanam”

227540

ABŞ-ın hazırkı prezidenti Co Bayden öz çevrəsindən olan insanlarla şəxsi söhbətlərində dövlət başçısı postu uğrunda yarışı tərk etdiyinə görə təəssüfləndiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə istinadən yazıb.

Siyasətçinin fikrincə, o, fəlakətli debat performansına və aşağı reytinqlərə baxmayaraq Donald Trampı məğlub edə bilərdi. O, geri çəkilməklə bağlı verdiyi qərara görə, peşman olduğunu deyib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Bu post uğrunda Demokratlar Partiyasından Kamala Harris və Respublikaçılar Partiyasından Donald Tramp mübarizə aparıb. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi. Səsvermənin nəticələrinə görə, Tramp 312, Harris isə 226 səs toplayıb. Bununla da Tramp ABŞ-nin 47-ci prezidenti seçilib. Onun andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO