Rusiya tərəfinin təşəbbüsü ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Akordanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dövlət başçıları Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində Qazaxıstan və Rusiya vətəndaşlarının faciəli ölümü ilə əlaqədar başsağlığı veriblər və yaralıların tezliklə sağalmasını arzulayıblar.
Tokayev yaradılmış Qazaxıstan Respublikasının Hökumət Komissiyasının Azərbaycan, Rusiya və Braziliya mütəxəssislərinin cəlb edilməsi ilə araşdırmanı davam etdirdiyini qeyd edib.
Tərəflər təyyarə qəzasının səbəblərinin araşdırılması istiqamətində tərəflərin həyata keçirdiyi işləri müzakirə ediblər, aparılan istintaq tədbirləri çərçivəsində hərtərəfli və şəffaf araşdırmanın təmin edilməsinin vacibliyini vurğulayıblar.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:41 / 28.12.2024
Putin və Tokayev təyyarə qəzasını müzakirə etdilər
Hazırda oxunan: Putin və Tokayev təyyarə qəzasını müzakirə etdilər
Hazırda oxunan: Putin və Tokayev təyyarə qəzasını müzakirə etdilər
227522
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.