"Embraer" nümayəndələri təyyarə qəzasını araşdırmaq üçün Aktauya GETDİLƏR

"Embraer" nümayəndələri təyyarə qəzasını araşdırmaq üçün Aktauya GETDİLƏR

Hazırda oxunan: "Embraer" nümayəndələri təyyarə qəzasını araşdırmaq üçün Aktauya GETDİLƏR

227300

“Embraer” şirkətinin nümayəndələri “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması faktını araşdırmaq üçün Aktau şəhərinə gediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb. 

"Təyyarə istehsalçısı "Embraer" şirkətinin xüsusi nümayəndələri Braziliyadan Aktau şəhərinə gəliblər. İstintaq komissiyası qəza yerinə gedib və görüləcək işləri müəyyənləşdirib", - deyə məlumatda bildirilib. 

Eyni zamanda, qeyd edilib ki, yaxın günlərdə CENIPA (Braziliyanın Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi) nümayəndələrinin Qazaxıstana gəlişi gözlənilir. 

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
 

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.


İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO