Qazaxıstanlı həkimin Azərbaycan dilində olan son paylaşımı: Sən yağışlı gündə günəş kimisən... – FOTO

Qazaxıstanlı həkimin Azərbaycan dilində olan son paylaşımı: Sən yağışlı gündə günəş kimisən... – FOTO

Hazırda oxunan: Qazaxıstanlı həkimin Azərbaycan dilində olan son paylaşımı: Sən yağışlı gündə günəş kimisən... – FOTO

227258

Xəbər verdiyimiz kimi, Aktau yaxınlığında baş verən təyyarə qəzasında ölən qazaxıstanlılar arasında diş həkimi Səlimə Cutayeva da var. 

Bizim.Media xəbər verir ki, 29 qız sosial şəbəkə hesabında sonuncu dəfə Azərbaycan dilində paylaşım edib. 

O, öz videosunu paylaşaraq “Sən yağışlı gündə günəş kimisən” sözərini yazıb. 
 

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.


Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb. İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb. 
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO