Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Avrasiya İqtisadi Birliyinin sammiti keçirilib. Ermənistanın baş naziri Nikol Paşinyan koronavirus iddiasına görə Rusiyanın şimal paytaxtına gəlməyib və tədbirə videobağlantı vasitəsilə qoşulub.
Bizim.Media xəbər verir ki, Paşinyanın çıxışı zamanı isə maraqlı hadisə baş verib.
Belə ki, Ermənistanın baş naziri bildirib ki, ölkənin nümayəndə heyəti Minskdə keçiriləcək AİB-nin növbəti sammitində də videobağlantı ilə iştirak edəcək.
Belarus prezidenti Aleksandr Lukaşenko bu qərarın səbəblərini soruşub və təyyarə biletləri ilə bağlı köməklik göstərməyi təklif edib.
Paşinyan xatırladıb ki, o, əvvəllər öz qərarını səsləndirib, Lukaşenko isə buna cavab verib:
“Biz sizin qərarınıza baxacağıq”.
Ermənistan baş naziri isə buna etiraz edib:
“Siz buna baxa bilməzsiniz, çünki o qərar müzakirə olunmur".
Lukaşenko isə kinayəli formada deyib ki, Minsk sammitində onlayn çıxışlar üçün televizor olmaya bilər.
Xatırladaq ki, bir müddət öncə Paşinyan demişdi ki, Lukaşenko hakimiyyətdə olduğu dövrdə iki ölkə arasında qarşılıqlı dövlət səfərləri olmayacaq. Çox böyük ehtimalla "qərar" deyəndə baş nazir buna işarə edir.
Həmin kadrları təqdim edirik:
Bizim.Media