Pakistan hərbi tribunalı 60 müxalifət tərəfdarına hökm oxudu

Pakistan hərbi tribunalı 60 müxalifət tərəfdarına hökm oxudu

Hazırda oxunan: Pakistan hərbi tribunalı 60 müxalifət tərəfdarına hökm oxudu

227174

Pakistan hərbi tribunalı 2023-cü il mayın 9-da hökumət əleyhinə etirazlar zamanı müdafiə obyektlərinə hücumlarda iştirak etmiş müxalif “Ədalət uğrunda hərəkat” Partiyasının 60 tərəfdarını iki ildən on ilədək həbs cəzasına məhkum edib.

Bizim.Media “Reuters” agentliyinə istinadla xəbər verir ki, məhkum edilən şəxslərin arasında hazırda həbsdə olan ölkənin sabiq baş naziri, “Ədalət uğrunda hərəkat” Partiyasının qurucusu və lideri İmran Xanın qohumu və istefada olan iki hərbçi də var. Ötən həftə hərbi məhkəmə eyni ittihamlarla 25 müxalifət fəalına hökm oxuyub.

İmran Xan 2023-cü il mayın 9-da İslamabadda korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə həbs olunub. Onun həbsi səbəbindən baş verən kütləvi etirazlar zamanı İmran Xanın tərəfdarları vandalizm aktları törədib, hərbi obyektlərə hücum edib və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə şiddətli toqquşmalara başlayıblar.

Ölkənin hər yerində keçirilən etiraz aksiyaları və iğtişaşlar nəticəsində 50-yə yaxın insan həlak olub, azı 120 nəfər yaralanıb, 1200-dən çox nümayişçi polis tərəfindən saxlanılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO