NATO-nun baş katibindən XƏBƏRDARLIQ: "4-5 ildən sonra ciddi problemlər yaşayacağıq"

NATO-nun baş katibindən XƏBƏRDARLIQ: "4-5 ildən sonra ciddi problemlər yaşayacağıq"

Hazırda oxunan: NATO-nun baş katibindən XƏBƏRDARLIQ: "4-5 ildən sonra ciddi problemlər yaşayacağıq"

226542

NATO-nun baş katibi Mark Rütte müdafiə xərclərinin artırılması, müdafiə sənayesinin gücləndirilməsi və istehsalın genişləndirilməsinin vacibliyini vurğulayaraq, alyansın uzunmüddətli perspektivdə özünü müdafiə etmək üçün kifayət qədər hərbi məhsul istehsal etmədiyini etiraf edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Deutsche Presse-Agentur" (DPA) məlumat yayıb.

"Əgər müdafiə xərclərini artırmasaq, 4-5 ildən sonra ciddi problemlər yaşayacağıq. Biz müdafiə sənayesini gücləndirməliyik və istehsalı genişləndirməliyik. Uzunmüddətli perspektivdə özümüzü qorumaq üçün kifayət qədər hərbi məhsul istehsal etmədiyimiz üçün əlavə istehsal xətləri təşkil etməliyik", - deyə Mark Rütte vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO