“Formula vlasti” müəllif proqramının builki sonuncu Yeni il buraxılışında “TASS” Agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycanın qış kurortlarından bəhs edib.
Bizim.Media xəbər verir ki, “Rossiya 24” kanalında yayımlanan verilişdə Mixail Qusman “Şahdağ” dağ-xizək kurortunda istirahəti ilə bağlı təəssüratlarını bölüşüb.
Jurnalist qeyd edib ki, bir çox ölkələrdən, o cümlədən Rusiyadan olan turistlər bu məşhur kurortda istirahət edirlər.
Verilişdə 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Mixail Qusmana verdiyi müsahibədən bir parça nümayiş olunub ki, burada dövlət başçısı son vaxtlar Azərbaycana çoxlu sayda turistlərin gəldiyini qeyd edir.
“Azərbaycan sabit ölkədir. Azərbaycan xalqı qonaqpərvərliyi ilə məşhurdur. Bizim ölkəmizdə işləmək, istirahət etmək üçün hər cür şərait yaradılıb”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Təhlükəsizlik və rahatlıq səviyyəsi, Azərbaycan xalqının səmimiliyi və qonaqpərvərliyi, nadir tarixi abidələri, milli bayramları və Xəzər dənizi proqram müəllifinin fikrincə, dünyanın hər yerindən səyahətçiləri cəlb edir.
Bizim.Media