Ukraynalı generalın Rusiyada yaşayan valideynləri gizlənirlər

Ukraynalı generalın Rusiyada yaşayan valideynləri gizlənirlər

Hazırda oxunan: Ukraynalı generalın Rusiyada yaşayan valideynləri gizlənirlər

226478

2024-cü ilin fevralında Aleksandr Sırski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin edildikdən sonra Rusiyanın aparıcı nəşrlərinin diqqəti generalın anadan olduğu və valideyinlərinin yaşadığı Vladimir vilayətinə dikildi.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, Sırskinin ailəsi - valideynləri və qardaşı çoxdan Vladimirdə yaşayırırlar.

Sırskinin təyinatı ilə bağlı xəbərlərdən sonra onlar medianın aşırı diqqətindən narahat oldular. Yaşlı ana və ata əvvəlcə mənzildə “barrikada qurdular”, sonra qonşuların dediyinə görə, tamamilə ortadan yoxa çıxdılar.

Nəşr yazır ki, Vladimirdə Sırskilərin yaşadığı Novinki adlı üç yaşayış məntəqəsi olduğu üçün valideyinlərini tapmaq asan olmayıb. Sırskinin anası məhz Novinkidə anadan olub.

Araşdırmalardan sonra məlum olub ki, Sırskilər vilayətin Petuşinski rayonuna köçüblər. Təqaüdçü Sırıskilərin səkkizinci mərtəbədəki qonşuları deyiblər ki, yaşlı cütlüyün köçməsi ilə bağlı söz-söhbətlər əslində gerçək deyil.

Sadəcə, xüsusilə yay aylarında onlarda əl çəkməyən jurnalistlərin qarşısını almaq üçün belə bir hekayə yaymağa məcbur olublar. “Aif”-in araşdırmasından məlum olub ki, Sırskinin validerynləri “bunkerdəki” kimi həmin mənzildə yaşayırlar və heç kimə qapı açmırlar. Qonşuları deyiblər ki, onları rahat buraxmaq lazımdır, çünki valideynlər yetkin oğullarının hərəkətlərinə görə məsuliyyət daşımamalıdırlar.

Zelenskinin təyinatından sonra “gözlənilməz şöhrət” qazanan 83 yaşlı anası Lyudmila Sırskaya heç nədən çəkinmədən xizək sürməyə gedər, sosial şəbəkələrdə göbələk yığımı ilə öyünür, yayda isə bağlarında dincəlməkdən həzz alar, hətta Müqəddəs Kazan kilsəsinin kilsə xorunda mahnı oxuyarmış.

Vladimirdəki Müqəddəs Kazan kilsəsində dini ayinlərin icraçısı Sırski və valideynləri haqda suallar həvəslə cavab verməyib. O, əslində, Sirski ailəsini yaxşı xatırlamadığını deyib.
 

Kilsədə şam satanlaradan biri isə Ukrayna ordusunun başında dayanan Sırskinin anası Lyudmila haqqında çox müsbət danışıb. Onun sözlərinə görə, Lyudmila yaşından cavan və enerji görünür. Ancaq stress səbəbindən qadın bir il ərzində nəzərəçarpacaq dərəcədə qocalıb, generalın atasının isə ciddi psixoloji problemləri yaranıb.


Lyudmila problem yaşamamaq üçün böyük oğlu haqqında heç kimə danışmır. Onların ikinci oğlu Oleq TASS-a bildirib ki, bir neçə ildir ki, qardaşı ilə danışmır. Aleksandr Sırski 26 iyul 1965-ci ildə Rusiyanın Vladimir vilayətində anadan olub. Ukrayna hərbi komandiri, 8 fevral 2024-cü il Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general-polkovnik (2020), və Ukrayna Qəhrəmanıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO