Rusiyada nasistlər tərəfindən öldürülən qadın və uşaq qalıqları tapıldı - FOTOLAR

Rusiyada nasistlər tərəfindən öldürülən qadın və uşaq qalıqları tapıldı - FOTOLAR

Hazırda oxunan: Rusiyada nasistlər tərəfindən öldürülən qadın və uşaq qalıqları tapıldı - FOTOLAR

22594

Rusiyanın Voronej vilayətinin Luşnikovka kəndində Böyük Vətən müharibəsi dövründə basdırılan keçmiş nasist düşərgəsinin məhbuslarının qalıqları tapılıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi “Don” axtarış birliyinin rəhbəri Mixail Seqodinə istinadən yayıb.

Birliyin əməkdaşları iddia edir ki, nasistlər ümumilikdə burada 8.5 min insanı öldürüblər.

Qazıntılar SSRİ-nin mülki əhalisinin faciəsinin tarixi yaddaşını qorumağa yönəlmiş ümumrusiya “Vaxtı keçməyən” layihəsi çərçivəsində aparılır.

"Dulaq-191” düşərgə sistemindən biri kərpic zavodunda yerləşib. Müharibə zamanı ora qadın və uşaqlar yerləşdirilib. Ehtimala görə, bütün dövrlərdə 50 mindən çox adam gətirilib, 8.5 mini öldürülüb”, deyə Seqodin qeyd edib.

Onun sözlərinə görə, əməkdaşlar təxminən 10 ildir ki, bu yerdə axtarış aparıblar,  nəhayət istəklərinə çatıblar.

"Biz Voronej bölgəsindəki İstintaq Komitəsinin orqanları ilə birlikdə işləyirik. Qəbirləri açırıq və artıq 500 nəfərin qalıqları tapılıb", - agentliyin mənbəyi əlavə edib.

"Qalıqların vəziyyəti pisdir və qurbanların dəqiq yaşını müəyyənləşdirmək çətindir. Demək olar ki, onların əksəriyyəti gənclərdir və qəlpələrdən biri də onun uşaq olduğunu açıq şəkildə göstərir". Seqodin belə deyib.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO