Türkiyəli xilasedicilər Sednaya işgəncə həbsxanasında məhbusları axtarır - FOTO

Türkiyəli xilasedicilər Sednaya işgəncə həbsxanasında məhbusları axtarır - FOTO

Hazırda oxunan: Türkiyəli xilasedicilər Sednaya işgəncə həbsxanasında məhbusları axtarır - FOTO

225693

Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsi (AFAD) Suriyanın paytaxtı Dəməşqdəki məşhur Sednaya həbsxanasında axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Bizim.Media xəbər verir ki, bu barədə AFAD-ın press-relizində deyilir.

Tədbirlərə 120 canlı qüvvə, 43 texnika və 4 axtarış iti cəlb olunub. Xilasedicilər qrupu Türkiyənin cənub-şərqindəki Hatay vilayətindən Dəməşqə gedib. İşə yerli hakimiyyət orqanlarının müraciəti əsasında başlanılıb və Türkiyənin Dəməşqdəki səfirliyinin koordinasiyası ilə həyata keçirilir.

Xatırladaq ki, Dəməşq yaxınlığındakı Sednaya həbsxanası indi devrilmiş Bəşər Əsəd rejimi dövründə işgəncələrlə məşhurlaşıb. Rejimin süqutundan sonra Sednaya kimi müəssisələrdə saxlanılan minlərlə məhbus azadlığa buraxılıb.

Ehtimal olunur ki, məhbuslar həbsxananın yerin altında yerləşən gizli bölmələrində saxlanıla bilər. İllərdir yaxınlarından xəbər ala bilməyən suriyalılar onları tapmaq ümidi ilə həbsxanaya axışır.

Bundan əvvəl BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersenin Sednaya həbsxanasına baş çəkdiyi vurğulayıb.

“Burada baş verənləri təsvir etməyə söz tapa bilmirik”.

O, işgəncə mərkəzinə baş çəkdikdən sonra jurnalistlərə bildirib.

Pedersen vurğulayıb ki, indi hər cür dəstəyi təmin etmək lazımdır. BMT-nin xüsusi nümayəndəsi deyib ki, bu, nə Suriyada, nə də dünyanın heç bir yerində təkrarlanmamalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO