ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilk mərhələdə 1 milyon miqrantı ölkədən çıxarmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə informasiyanı Ağ evin gələcək rəhbərinin müşavirlərinə istinadən yayıb.
Məlumata görə, prioritet qrupa cinayət törədən və ya sığınacaq verilmədən deportasiya qərarı alan miqrantlar daxildir.
Donald Tramp artıq Meksika və Salvadorun liderləri ilə miqrant məsələsini müzakirə edib.
Həmin ölkələrin hakimiyyət orqanları ABŞ-ın yeni seçilən dövlət başçısının kütləvi deportasiya planının bir hissəsi kimi bəzi miqrantları qəbul etməyə hazır olduğunu bildiriblər.
Ekspertlərin sözlərinə görə, miqrantların mühüm hissəsi ABŞ-la çətin münasibətlərə malik Kuba, Venesuela və Nikaraqua vətəndaşları olduğundan Vaşinqton onları qəbul etmək üçün üçüncü ölkələrin razılığını almalıdır.
Mexiko yalnız öz vətəndaşlarını qəbul etməyə hazır olduğunu artıq bəyan edib. Donald Tramp isə təkcə öz vətəndaşlarını deyil, digər ölkələrdən olan miqrantları da qəbul etməyə razı salmaq üçün Meksikanı rüsum tarifləri ilə təhdid edə bilər.
Qeyd edək ki, miqrasiya böhranı ABŞ-dakı seçki yarışının əsas mövzularından biri olub.
Respublikaçılar böhrana görə Cozef Bayden administrasiyasını və demokratları günahlandırır.
Donald Tramp ictimai çıxışlarında inaqurasiyadan sonra Amerika tarixində qeyri-qanuni miqrantların deportasiyası üzrə ən böyük əməliyyatı həyata keçirəcəyini dəfələrlə bəyan edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:50 / 17.12.2024
Tramp ilk mərhələdə ölkədən bir milyon miqrantı çıxaracaq - “Bloomberg”
Hazırda oxunan: Tramp ilk mərhələdə ölkədən bir milyon miqrantı çıxaracaq - “Bloomberg”
Hazırda oxunan: Tramp ilk mərhələdə ölkədən bir milyon miqrantı çıxaracaq - “Bloomberg”
225684
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.