Suriyada Bəşər Əsədin narkotik biznesi iflasa UĞRADI

Suriyada Bəşər Əsədin narkotik biznesi iflasa UĞRADI

Hazırda oxunan: Suriyada Bəşər Əsədin narkotik biznesi iflasa UĞRADI

225624

Suriyada prezident Bəşər Əsəd rejiminin devrilməsi Yaxın Şərqin ən gəlirli narkotik şəbəkəsinin iflasına səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.

Mənbə qeyd edir ki, Suriyada istehsal olunan kaptagon (metamfetaminə bənzər dərman) Əsəd rejiminə böyük sərvət toplamağa və ölkəsinə qarşı tətbiq edilən sanksiyaların nəticələrini kompensasiya etməyə kömək edib. Lakin bu, həm də Suriya ilə qonşuları arasında gərginlik mənbəyinə çevrilib.

Jurnalistlər yazır ki, rəsmi Dəməşqin təkziblərinə baxmayaraq, bütün Suriya Ərəb Respublikasında kiçik laboratoriyalarda uzun müddətdir narkotik istehsal olunur.

Lakin müxalifətin bu yaxınlarda aşkar etdiyi obyektlərin miqyası bütün səviyyələrdə ticarətin heyrətamiz həcmlərindən xəbər verir.

Vaşinqtonda yerləşən New Lines Institute (NLI) beyin mərkəzinin kaptaqon ticarəti üzrə eksperti Kerolayn Rouz qeyd edib ki, bu dərman istehsalı Əsəd rejiminin sistematik şəkildə kaptagon istehsalı və ticarəti ilə məşğul olduğunu, oraya böyük məbləğdə investisiya yatırdığını sübut edir.

NLI illik kaptagon ticarətinin təxminən 10 milyard dollar olduğunu təxmin edir. Bu da Avropadakı kokain bazarı ilə demək olar ki, eynidir.

Xatırladaq ki, dekabrın 8-də Azad Suriya Ordusu Bəşər Əsədin hakimiyyətinin “bitdiyini” elan edib.

Əsəd dövlət başçısı vəzifəsindən istefa verib və “hakimiyyətin sülh yolu ilə ötürülməsi üçün göstərişlər verərək” Suriyanı tərk edib.

Əsəd ailə üzvləri ilə birlikdə Moskvaya gəlib, Rusiya onlara sığınacaq verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO