Səhvən 13 il cəza çəkən bir almandan həbsxana “otaq və yemək” üçün 100 min avro tələb edib.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın "Süddeutsche Zeitung" nəşri yazıb.
Manfred Henditski 2010-cu ildə baxdığı təqaüdçünü öldürməkdə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilib. Sonra bu iş Almaniyada rezonans doğurub, amma keçən il məhkəmə kişini təqsirsiz hesab edib. Bəlli olub ki, yaşlı qadın qəza nəticəsində ölüb.
Nəticədə 64 yaşlı alman sərbəst buraxılıb. Kompensasiya olaraq dövlət Manfredə hər həbs günü üçün 75 avro ödəyib. 13 il əsirlikdə olduğu üçün o, 750 min avro alıb.
Bununla belə, Münhen prokurorluğu Henditskiyə 100 min avroluq hesab-faktura göndərib.
Bu məbləğə “otaq və yemək” üçün xərclənən 50 min, habelə məhbusun 13 il aldığı 49 min “əmək haqqı” daxildir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:33 / 17.12.2024
Almaniyalı səhvən 13 il həbsxanada qaldı: İndi ondan “otaq və yemək” üçün 100 min avro tələb edirlər
Hazırda oxunan: Almaniyalı səhvən 13 il həbsxanada qaldı: İndi ondan “otaq və yemək” üçün 100 min avro tələb edirlər
Hazırda oxunan: Almaniyalı səhvən 13 il həbsxanada qaldı: İndi ondan “otaq və yemək” üçün 100 min avro tələb edirlər
225618
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.