Liviyanın Milli Birlik Hökuməti güclü yağış ehtimalına görə ölkənin qərb, şimal və cənubunda fövqəladə vəziyyət elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Liviya Milli Birlik Hökuməti yayıb.
Milli Meteorologiya Agentliyinin hava proqnozu hesabatlarında dekabrın 16 və 17-də ölkənin qərb, şimal və cənubunda mülayim və leysan xarakterli yağış yağacağı bildirilib.
Açıqlamada qeyd olunub ki, əlverişsiz hava şəraiti ilə əlaqədar bu rayonlarda fövqəladə vəziyyət elan edilib.
Bizim.Media