“Çido” qasırğası Fransanın Mayotta arxipelaqını vurub.
Bizim.Media xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət qurbanlarının sayı yüzlərlə, hətta minlərlə ola bilər. Regionun prefekti Fransua-Ksavye Bievivil qeyd edib ki, siklon nəticəsində ölü sayı durmadan artacaq.
Qeyd edək ki, Parisdən 8 min kilometr məsafədə yerləşən Mayot Fransanın ən kasıb regionlarındandır. 374 kvadratkilometr ərazisi olan adada 310 mindən çox insan yaşayır.
Bizim.Media