“Rusiya Suriyadan bütün birliklərini çıxarmayıb və çətin ki, indi oradan çıxarsın”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər TRT kanalına müsahibəsində deyib.
“Rusiyanın Suriyadan qoşunlarını tamamilə çıxardığına dair heç bir aydın əlamət yoxdur. Onlar texniki xidmət üçün bəzi gəmiləri Rusiyaya köçürə bilərlər. İndi oradan ayrılacaqlarını düşünmürəm. Qalmaq üçün əllərindən gələni edəcəklər. Bundan əvvəl Rusiya rəsmisi Suriyanın yeni hakimiyyət orqanları ilə bu məsələ ilə bağlı danışıqlar apardıqlarını və mövcudluğu davam etdirəcəklərini bildirmişdi”. Telekanal onun dediklərindən sitat gətirib.
O, həmçinin qeyd edib ki, Türkiyə bu məsələdə Rusiya Federasiyasına dəstək verməyə hazırdır, lakin hələlik müvafiq müraciət almayıb.
Bizim.Media