Ukraynanın Dnepr şəhərində bir gün əvvəl avtomobil partladılıb. Hadisə nəticəsində bir nəfər ölüb, ikisi polis əməkdaşı olmaqla daha dörd nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Milli Polisi yayıb.
İlkin məlumatlara görə, şübhəli şəxs Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət edib.
Yerli media saxlanılan şəxsin adını yazıb. Onun 37 yaşlı milliyyətcə erməni olan Ruben Voskanyan olduğu üzə çıxıb.
İndi onu ömürlük həbs gözləyir.
Bizim.Media