Ukrayna münaqişənin bitməsi ehtimalı barədə Kreml nə düşünür?

Ukrayna münaqişənin bitməsi ehtimalı barədə Kreml nə düşünür?

Hazırda oxunan: Ukrayna münaqişənin bitməsi ehtimalı barədə Kreml nə düşünür?

225325

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Ukraynada münaqişənin sona çatması onun administrasiyasının konkret addımlarından asılı olacaq.

Bizim.Media Sputnik agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
 

Diplomat bildirib ki, Rusiyanın Ağ Evin müxtəlif administrasiyaları ilə qarşılıqlı münasibətlərdə (o cümlədən Trampın ilk prezidentlik dövründə də) böyük təcrübəsi var.


"Trampın prezidentlik dövründə ölkəmizə qarşı 50 dəfədən çox sanksiyalar tətbiq edilib. Ölkəmizə qarşı çoxlu qeyri-dost təzahürlər olub. Bunu unutmaq olmaz", mətbuat katibi bildirib.

Bu yaxınlarda Tramp Moskva ilə Kiyev arasında münaqişənin həlli üçün saziş bağlamaq niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, bunun yeganə yolu Ukraynadan əl çəkməməkdir.

Daha sonra "The Wall Street Journal" qəzeti yazıb ki, ABŞ-ın yeni seçilmiş prezidenti atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək üçün Ukrayna ərazisinə Avropa qoşunlarının yerləşdirilməsi təklifini irəli sürüb.

Nəşrin məlumatına görə, Tramp bu ehtimalı dekabrın 7-də Parisdə Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makronla görüşündə müzakirə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO