Gürcüstanda Qudauri dağ-xizək kurortunda yerləşən hind restoranında 12 nəfərin meyiti tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Müəssisənin əməkdaşlarının olduğu ehtimal edilən meyitlər restoranın ikinci mərtəbəsində aşkar edilib. Departamentin məlumatına görə, ölən 12 nəfərdən 11-i xarici, biri isə Gürcüstan vətəndaşıdır.
Faktla bağlı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan həyatdan məhrumetməni nəzərdə tutan 116-cı maddəsi ilə araşdırma başlanılıb.
Nazirlik bunun bədbəxt hadisə olduğunu istisna etmir: “İlkin müayinə zamanı meyitlərin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Həmçinin, istintaqın ilkin məlumatlarına görə, yataq otaqlarının yaxınlığındakı daxili qapalı otaqda generator quraşdırılıb, o, bir gün əvvəl, ehtimal ki, hadisədən sonra işə salınıb. Obyektin enerji təchizatı kəsilib”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:49 / 14.12.2024
Gürcüstanın kurort ərazisində restoranda 12 meyit TAPILIB
Hazırda oxunan: Gürcüstanın kurort ərazisində restoranda 12 meyit TAPILIB
Hazırda oxunan: Gürcüstanın kurort ərazisində restoranda 12 meyit TAPILIB
225310
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.