"Haber Global"ın əməkdaşı silahlı hücumda öldürüldü - FOTO

"Haber Global"ın əməkdaşı silahlı hücumda öldürüldü - FOTO

Hazırda oxunan: "Haber Global"ın əməkdaşı silahlı hücumda öldürüldü - FOTO

225305

Türkiyənin "Haber Global" telekanalının əməkdaşı Məhərrəm Can Kurtuluş İstanbulda silahlı hücum zamanı öldürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.

Məlumata görə, telekanalın 27 yaşlı Məhərrəm Can Kurtuluş öz avtomobilini İstanbulun Beylikdüzü rayonundakı dayanacaqda saxlayıb. O, dayanacaqda dörd nəfərin məmurlarla mübahisə etdiyini görüb və tərəfləri sakitləşdirməyə çalışıb. Onlar sakitləşməyərək Kurtuluşla mübahisə etməyə başlayıblar. Ətrafdakıların müdaxiləsi ilə tərəfləri ayırıblar.

Məhərrəm Can Kurtuluş avtomobilinə minərkən mübahisə etdiyi dörd şübhəli onun qarşısını kəsib və onu güllələyiblər.

Hücumda şübhəli bilinən 4 nəfər saxlanılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO