Kobaxidze: “Kavelaşvilinin prezident seçilməsi Gürcüstanın dövlətçiliyini gücləndirəcək”

Kobaxidze: “Kavelaşvilinin prezident seçilməsi Gürcüstanın dövlətçiliyini gücləndirəcək”

Hazırda oxunan: Kobaxidze: “Kavelaşvilinin prezident seçilməsi Gürcüstanın dövlətçiliyini gücləndirəcək”

225259

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə keçirilən prezident seçkilərindən sonra jurnalistlərə ilk açıqlamasını verib.

Bizim.Media xəbər verir ki, o, hazırki prezident Salome Zurabişvilinin dərhal prezident sarayını tərk etməli olduğunu xatırladıb.

“Gürcüstanda “Maydan” iflasa uğradı. Kavelaşvilinin prezident seçilməsi Gürcüstanın dövlətçiliyini gücləndirəcək”, - baş nazir bildirib.

Kobaxidze Gürcüstanın yenidən Avropa İttifaqına üzvlüyü üçün hər şeyi edəcəyinə vəd verib.

Qeyd edək ki, Hakim "Gürcü Arzusu" partiyasının namizədi Mixeil Kavelaşvili bu gün keçirilən seçkilərdə Gürcüstanın altıncı prezidenti seçilib. Seçkilərdə yalnız bir namizəd - hakim partiyanın irəli sürdüyü Mixail Kavelaşvili iştirak edib. Müxalifət isə parlament seçkilərinin nəticələrini tanımadığı üçün prezident seçkilərinə də namizəd irəli sürməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO