Gürcüstanda prezident seçkiləri baş tutub, belə ki, səsvermədə seçicilərin yarısından çoxu iştirak edib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natiya İoseliani brifinqdə bildirib.
"Saat 11:30-a seçicilər kollegiyasının 170 üzvü artıq prosesdə iştirak edib.
Seçkilər baş tutub, çünki seçicilər kollegiyasının tam tərkibinin yarısından çoxu artıq iştirak edib", - o deyib.
Qeyd edək ki, kollegiya 300 seçicidən ibarətdir.
Xatırladaq ki, ki, Gürcüstanda keçirilən prezident seçkilərində yalnız bir namizəd - hakim partiyanın irəli sürdüyü Mixail Kavelaşvili iştirak edir. Müxalifət isə parlament seçkilərinin nəticələrini tanımadığı üçün prezident seçkilərinə də namizəd irəli sürməyib. Üstəlik müxalifət seçkilərin keçirildiyi parlament binasının qarşısında etiraz aksiyaları təşkil edib.
Bizim.Media