Türkiyəli professor: “Gürcüstanın Ukraynadan fərqli olaraq Aİ kimi dəstəkçisi yoxdur”

Türkiyəli professor: “Gürcüstanın Ukraynadan fərqli olaraq Aİ kimi dəstəkçisi yoxdur”

Hazırda oxunan: Türkiyəli professor: “Gürcüstanın Ukraynadan fərqli olaraq Aİ kimi dəstəkçisi yoxdur”

225202

“Dünyada baş verən hadisələr, ilk növbədə Qarabağ müharibəsi və Ukrayna münaqişəsi dolayı yolla da olsa, Qafqazda dəyişikliklərə səbəb oldu. SSRİ-nin dağılmasından sonra yaranan ittifaqlar artıq öz əhəmiyyətini itirib, ölkələr ikitərəfli münasibətlərə və çoxvektorlu xarici siyasətə daha çox önəm verməyə başlayıblar”.

Bizim.Media xəbər verir ki, bu fikirləri "Anadolu" Agentliyinə müsahibəsində Mərmərə Universitetinin Tarix kafedrasının müdiri, professor İlyas Kemaloğlu deyib.

O, hesab edir ki, Cənubi Qafqazın transformasiyası İkinci Qarabağ müharibəsi və Ermənistanın işğal etdiyi torpaqların Azərbaycan tərəfindən azad edilməsi sayəsində başlayıb:

“2020-ci il Qarabağ müharibəsi bir tərəfdən Azərbaycana işğal olunmuş torpaqları azad etmək imkanı verdi, digər tərəfdən də Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi mənəvi dəstək nəticəsində türk respublikaları arasında əməkdaşlığı gücləndirdi. Üstəlik, Azərbaycanın Türkiyə ilə onsuz da möhkəm olan münasibətlərini daha da gücləndirdi, türk respublikaları arasında müxtəlif inteqrasiya proseslərini sürətləndirdi”.

İlyas Kemaloğlu həmçinin qeyd edib ki, Azərbaycanın işğal etdiyi torpaqları azad etməsi regiondakı ittifaqları da alt-üst etdi:

“Xüsusən də Rusiya ilə Azərbaycan arasında yaxınlaşma başlayıb, Moskva ilə İrəvan arasında münasibətlər gərginləşib. Rusiya-Azərbaycan əməkdaşlığına ən böyük maneə Qarabağ idi.
 

Qarabağın azad edilməsi və rus qoşunlarının bölgədən çıxarılması faktiki olaraq potensiala malik olan Rusiya-Azərbaycan münasibətlərinə təkan verdi. Bu yaxınlaşmanın əsas səbəbləri iki ölkə arasında ticarət əlaqələrinin çoxdan inkişaf etməsi və xeyli sayda azərbaycanlının Rusiyada yaşamasıdır.


Eyni zamanda, Rusiya Gürcüstanla yaxınlaşmağa başladı. Nəticədə, Avropa İttifaqı və NATO-ya inteqrasiya prosesində heç bir irəliləyişə nail ola bilmədiyi üçün Gürcüstan Rusiyaya yaxınlaşmaya görə Qərbdən zərbə alıb. Gürcüstanın Azərbaycan kimi çətin vəziyyətdə ona kömək edə biləcək Türkiyəsi, Ukraynanı dəstəkləyən Aİ kimi dəstəkçisi yoxdur. Bu, Gürcüstandan öz strategiyasına yenidən baxmağı və daha balanslı siyasət yürütməyi tələb edir”.

Professor sonda Qafqazın tarix boyu dünya və regional güclərin diqqətini cəlb etdiyini, SSRİ-nin dağılması ilə ən problemli bölgələrdən birinə çevrildiyini bildirib:

“Bu qeyri-sabitliyin əsas səbəbi Sovet İttifaqı dövründə başlayan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi idi. Lakin Ermənistan Azərbaycanın şərtlərini qəbul edərsə, sülh müqaviləsi imzalayarsa və Türkiyə də daxil olmaqla yeni əməkdaşlıq dövrünə başlaya bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO