Prezident seçkilərinin keçiriləcəyi Gürcüstan parlamentinə polis qüvvələri yerləşdirilib.
Bizim.Media xəbər verir ki, buna səbəb etirazçıların mümkün hücumunun qarşısını almaqdır.
Son məlumatlara görə, etirazçıların ilk qrupları parlamentin qarşısına toplanmağa başlayıb.
Qeyd edək ki, Gürcüstanda keçirilən prezident seçkilərində yalnız bir namizəd - hakim partiyanın irəli sürdüyü Mixail Kavelaşvili iştirak edir. Müxalifət isə parlament seçkilərinin nəticələrini tanımadığı üçün prezident seçkilərinə də namizəd irəli sürməyib.
Onu da bildirək ki, Gürcüstanda prezidenti 300 nəfərdən ibarət Seçicilər Kollegiyası (SK) seçəcək.
Bizim.Media