Tramp Putini andiçmə mərasiminə dəvət EDƏ BİLƏR

Tramp Putini andiçmə mərasiminə dəvət EDƏ BİLƏR

Hazırda oxunan: Tramp Putini andiçmə mərasiminə dəvət EDƏ BİLƏR

225192

"ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp yaxın aylarda Ukrayna münaqişəsini həll edə biləcək".

Bizim.Media xəbər verir ki, bu barədə Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq "Fox News" telekanalının efirində bildirib.

O, Trampın inauqurasiya mərasiminə Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenskini dəvət ediləcəyini istisna etməyib:

"O, belə bir şey etsəydi, təəccüblənməzdim. Bunu edə bilərmi? Təbii ki, edə bilər. O, belə cəsarətli addım ata bilər. Rusiya və Ukraynaya gəldikdə, həqiqətən, hər şeyin yaxın bir neçə ay ərzində həll olunacağına inanıram. Çünki o, bunu edə biləcək yeganə şəxsdir”.

Qeyd edək ki, Tramp noyabrın 27-də köməkçisi və ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi vəzifəsinə Kelloqun namizədliyini irəli sürüb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO