Stalinin sonuncu mühafizəçisi VƏFAT ETDİ - Ölümü ilə bağlı cinayət işi açıldı

Stalinin sonuncu mühafizəçisi VƏFAT ETDİ - Ölümü ilə bağlı cinayət işi açıldı

Hazırda oxunan: Stalinin sonuncu mühafizəçisi VƏFAT ETDİ - Ölümü ilə bağlı cinayət işi açıldı

225068

Böyük Vətən Müharibəsi veteranı, Sovet lideri İosif Stalinin sağ qalan sonuncu mühafizəçisi Corc Tokarev 100 yaşında Yekaterinburqdakı xəstəxanada vəfat edib. 

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, 100 yaşlı veteranın ölümü ilə bağlı müalicə olunduğu xəstəxananın əməkdaşlarına cinayət işi açılıb. 

Belə ki, noyabrda Tokarev Çusovskoye gölü sanatoriyasında istirahət edərkən bud sümüyünü sındırıb və Yekaterinburq Müharibə Veteranları Xəstəxanasının 14-cü şöbəsinə yerləşdirilib və orada əməliyyat olunub. Bundan sonra o, ağır vəziyyətdə gerontologiya və geriatriya şöbəsinə köçürülüb. 
 

Rusiya mətbuatında yer alan məlumata görə, veteranın yaxınları hələ noyabr ayında Yekaterinburq vilayətinin İstintaq Komitəsi ilə əlaqə saxlayıb, Tokarevin yerləşdiyi xəstəxanada tibbi yardımın olmaması ilə bağlı şikayət ediblər. 


Mərhumun kürəkəni Aleksandr Petux bildirib ki, nəticədə Verx-İsetski rayonunun istintaq şöbəsi xəstəyə yardım göstərməmək maddəsi ilə cinayət işi açıb. İş üzrə təqsirləndirilən şəxslərin sayı açıqlanmır. 

Qeyd edək ki, Corc Tokarev Yekaterinburqda anadan olub. O, 1942-ci ildə məktəbi bitirib və orduya çağırılıb. 

Tokarev 1945-ci ildə Moskvada Qələbə Paradında iştirak etdiyi Kreml alayında xidmət edib. Müharibədən sonra Stalinin cangüdəni işləyib. Sovet lideri vəfat edəndə Tokarev Yekaterinburqa qayıdıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO