Rumıniya və Bolqarıstan 1 yanvar 2025-ci il tarixindən etibarən Şengen zonasının tam ştatlı üzvü olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında bəyanat yayılıb.
"Avropa İttifaqına üzv dövlətlər 2025-ci il yanvarın 1-dən Bolqarıstan və Rumıniya ilə daxili quru sərhədlərində şəxslər üzərində yoxlamaları ləğv etmək qərarına gəliblər", - bəyanatda qeyd edilib.
"Nəhayət, Bolqarıstan və Rumıniyanı Şengen üzvü kimi qəbul etmək üçün tarixi bir məqamdır.
Həmin üzv dövlətlərlə və onların arasında olan daxili quru sərhədlərində şəxslər üzərində yoxlamaların ləğvi Macarıstanın sədrliyi üçün əsas prioritet olub və bu gün biz bunu reallığa çevirmişik.
Bu addım təkcə Bolqarıstan və Rumıniya vətəndaşlarının deyil, bütövlükdə Aİ-nin də xeyrinə olacaq", - Macarıstanın daxili işlər naziri Şandor Pinter bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:31 / 12.12.2024
Rumıniya və Bolqarıstan bu tarixdə Şengen zonasının tam ştatlı üzvü olacaq
Hazırda oxunan: Rumıniya və Bolqarıstan bu tarixdə Şengen zonasının tam ştatlı üzvü olacaq
Hazırda oxunan: Rumıniya və Bolqarıstan bu tarixdə Şengen zonasının tam ştatlı üzvü olacaq
224938
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.