Tesla və SpaceX-in rəhbəri İlon Mask Milyarderlər İndeksində dünyanın ən varlı adamları arasında birinci olub. Onun xalis sərvəti 400 milyard dolları ötərək 439,2 milyard dollara çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Belə ki, “SpaceX” 350 milyard dollar dəyərində ən dəyərli startap olduqdan sonra Maskın kapitalı təxminən 50 milyard dollar artıb.
Sərvət baxımından Mask Amazonun qurucusu Ceff Bezos və Meta şirkətinin rəhbəri (Rusiyada onun fəaliyyəti ekstremist kimi tanınıb və qadağan edilib) Mark Zukerberqi qabaqlayır.
Bloomberg daha əvvəl qeyd etmişdi ki, Maskın sərvəti Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra artmağa davam edir. Mask Respublikaçıların namizədliyini açıq şəkildə dəstəkləyən bir neçə böyük iş adamından biridir.
Qeyd edək ki, İlon Mask 2021-ci ilin yanvarında Amazon şirkətinin rəhbəri Ceff Bezosu keçərək tarixin ən zəngin adamı olmuşdu. Bundan sonra agentlik Maskın sərvətini 194,8 milyard dollar qiymətləndirib.
Bizim.Media