Cənubi Koreya polisi ölkə başçısı Yun Sok Yolun Prezident Ofisinə basqın edib, axtarış aparır.
Bizim.Media xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, söhbət hərbi vəziyyət hadisələrinin araşdırılması üçün yaradılmış xüsusi istintaq qrupundan gedir.
Belə ki, ölkə prokurorları prezidentin ölkədə hərbi vəziyyət tətbiq etməsi ilə bağlı araşdırmalara başlayıb.
Xüsusi İstintaq Qrupu Prezident Ofisinə, Milli Polis Agentliyinə, Seul Polis Agentliyinə və Milli Assambleyanın Təhlükəsizlik Xidmətinə basqın keçirib.
Məlumata görə, Milli Polis Agentliyinin baş komissarı Ço Çji Ho və paytaxt polisinin rəisi Kim Bon Siki həbs edilib.
Cənubi Koreyanın keçmiş müdafiə naziri, istefadan bir müddət sonra vətənə xəyanətdə şübhəli bilinərək həbs edilən Kim Yong-Hyun həbsxanada intihara cəhd edib. Hazırda sabiq müdafiə nazirinin səhhətinin normal olduğu deyilir.
Məlumata görə, Kim Yong-Hyun Prezident Yun Sok Yola ölkədə hərbi vəziyyət elan etməyi tövsiyə edib.
Bizim.Media