Priqojinin şirkətləri “qara siyahı”ya salındı

Priqojinin şirkətləri “qara siyahı”ya salındı

Hazırda oxunan: Priqojinin şirkətləri “qara siyahı”ya salındı

224372

Böyük Britaniya Rusiyanın "Vaqner" muzdlularına qarşı yeni sanksiyalar tətbiq edib.

 

Sfera.az xarici KİV-ə istinadən  xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Ümumilikdə səkkiz nəfər və beş şirkət sanksiyalara məruz qalıb.

 

Bildirilib ki, qruplaşmanın Mali və Mərkəzi Afrika Respublikasındakı komandirləri İvan Maslov və Vitali Perfilev, Yevgeni Priqojinin “sağ əli” Konstantin Pikalov da "qara siyahı"ya salınıb.

 

Sanksiya tətbiq edilənlər arasında Yevgeni Priqojinin Sudanda qızıl hasilatı ilə məşğul olan "M İnvest", Sudanın "Maroe Gold" və "Al-Solag Mining Company", Mərkəzi Afrikanın "Lobaye Invest Sarlu" və "Sewa Security" şirkətləri var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO