İranın Ali Rəhbəri ABŞ-dakı prezident seçkilərini  tamaşa adlandırıb

İranın Ali Rəhbəri ABŞ-dakı prezident seçkilərini  tamaşa adlandırıb

Hazırda oxunan: İranın Ali Rəhbəri ABŞ-dakı prezident seçkilərini  tamaşa adlandırıb

2241

İranın Ali Rəhbəri Seyid Əli  Xameneyinin ABŞ seçkilərini tamaşa adlandırmasına ABŞ-ın Dövlət katibi Mayk Pompeodan sərt cavab gəldi:

“Şəxsən siz xalqınızdan yüz milyonlarla dollar oğurlamısınız. Sizin seçkiləriniz absurddur, yüzlərlə namizədi hətta namizədliyini irəli sürməyə imkan vermirlər. Bu gün sizin millətiniz acdır, çünki siz öz kleptokratiyanızı qorumaq üçün əlaltılarınıza milyardlar xərcləmisiniz”.

Bizim.Media-nın verdiyi  xəbərə görə, İranın Ali Rəhbəri Seyid Əli Xamenei tvitter hesabında ABŞ-dakı prezident seçkilərini  tamaşa adlandırıb.

“ABŞ-da vəziyyət və onların öz seçkiləri barədə danışdıqları tamaşadır. Bu, liberal demokratiyanın biabırçı simasının nümunəsidir. Nəticədən asılı olmayaraq, bir şey tam aydındır. Amerika rejiminin birmənalı siyasi, vətəndaş və mənəvi tənəzzülüdür”- deyərək İran Ali Rəhbəri Demokrat Co Baydenin qələbəsinin saxta olduğunu bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO