Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında rusiyalı həmkarı Sergey Lavrovun çıxışına başlamazdan əvvəl zalı tərk edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb və video yayımlayıb.
Bundan əvvəl Sibiqa çıxışının sonunda Lavrovu hərbi cinayətkar adlandırıb.
A.Sibiqanın ardınca bir sıra nazirlər və diplomatlar Rusiya XİN başçısının çıxışını dinləmədən salondan çıxıblar.
Qeyd edək ki, bu, Lavrovun işğalın başlamasından bəri Avropa Birliyinə ilk səfəridir. Mətbuatın yazdığına görə, o, Ukraynadakı müharibənin müzakirə olunacağı naharda iştirak etməyəcək.
Bizim.Media