Kiyevə hava hücumu: Azərbaycanlının mənzili dağıldı - VİDEO

Kiyevə hava hücumu: Azərbaycanlının mənzili dağıldı - VİDEO

Hazırda oxunan: Kiyevə hava hücumu: Azərbaycanlının mənzili dağıldı - VİDEO

223720

Ukraynada müharibə davam edir.

 

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

 

O bildirib ki, ötən gecə Rusiya ordusunun dron hücumları nəticəsində Kiyevin Darnitski, Solomenski, Şevçenko və Podilski rayonlarında bir neçə yaşayış evi ciddi zərər görüb. Ölən və yaralananlar var.

 

Qeyd edilib ki, Ukrayna ordusu Zaporojye vilayətində Melitopol və Vasilyevka, Donetsk vilayətində isə Baxmut və Avdeyevka istiqamətlərində əks-hücum cəhdlərini davam etdirir:

 

“Ukrayna ordusu Zaporojye istiqamətində əks-hücum cəhdinə maneçilik törədən Rusiya ordusuna məxsus bir neçə artilleriya mərkəzini məhv edib”.

 

Həmçinin o da bildirilib ki, Kiyevə edilən hava hücumları nəticəsində Azərbaycan vətəndaşının mənzili dağılıb. Ölən və ya yaralanan olmayıb.

 

Ətraflı videonu təqdim edirik:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO