ÜST-ün BAHAR MÜJDƏLƏRİ – Təşkilat Bill Qeytslə əlbirdir? 

ÜST-ün BAHAR MÜJDƏLƏRİ – Təşkilat Bill Qeytslə əlbirdir? 

Hazırda oxunan: ÜST-ün BAHAR MÜJDƏLƏRİ – Təşkilat Bill Qeytslə əlbirdir? 

22356

Ümumdünya Səhiyyə Təşkilatı dünyada xaosu davam etdirməkdə qərarlı görünür. Son açıqlamalarında önümüzdəki illərdə yeni virusun yayıla biləcəyini vurğulayan təşkilat, daha bir böhranın “müjdə”sini verib. Od olmayan yerdən, tüstü çıxaran ÜST bəşəriyyətə yeni yanğın xəbərdarlığı verərək, hazırlıqlı olmağın vacibliyini bildirib.

“Covid-19” qədər bəşəriyyətin həyatını qısa müddətdə tamamilə dəyişən ikinci bir proses, yəqin ki, olmayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bu il daha çox ölüm ola bilər - ÜST-dən xəbərdarlıq


Virusun meydana çıxmasından əvvəl kimsə insanlara “Ev həbsinə məhkum olacaqsınız. Rahat nəfəs belə ala bilməyəcəksiniz” desə idi, hərkəs həmin şəxsi məzxərəyə qoyardı. Lakin 1 ildən çoxdur ki,  insanlar bu fikirlərin əksini eşitmək üçün olmazın əziyyətinə qatlanmaqdadırlar. 

İndi isə vəziyyət fərqlidir. Artıq insanlar pandemiyanın nə olduğunu bilirlər və yeni bir ev həbsi insanlar üçün böyük fobiyaya çevrilib. Bu səbəbdən ÜST-ün bu cür açıqlamalar verməsinin məqsədli xarakter daşıdığı təsüratı oyanır.

ÜST-ə hardan vəhy gəlir?

Koronanın yayılmağa başlamasından həftələr sonra xəbər tutan təşkilatın illər sonranın proqnozunu verməsini bir kənara qoysaq, ÜST-ün bu “kəşf”inin təməlinin Bill Qeyts tərəfindən qoyulduğu diqqət çəkməkdədir. “Microsoft”u yaradaraq insanların həyatını, “Covid” qədər sürətli olmasa da, dəyişməyi bacaran milyarderin pandemiyanın yayılmasından sonra dünya səhiyyə naziri vəzifəsini üstləndiyi görülür. Həm də Qeytsin sözlərinə tibbi ekspertlərdən daha çox inanılır. Görünür, ÜST də ona həkimlərdən daha çox güvənir.

Bəs, bizim məhkumluğumuz kimə lazımdır?

Təbii ki, pandemiyanın qazananlarına. İlk dəfə günahkar kimi Çin hədəfə qoyuldu və gedişat, həqiqətən də, “yüksələn ulduz”un işinə yaradı. Lakin pandemiyanın ən böyük qalibi rəqəmsal dünyanın maqnatları oldu. Sosial platformalara və tətbiqlərə dəfələrlə artan tələbatla birlikdə gücünə güc qatan şəbəkə sahibləri üçün insanların ev həbsi göydəndüşmə oldu. Sosial media zənginlərinin də bu tendensiyadan razı olduqları şübhəsizdir. İndi də yeni virusun gələcəyi xəbərlərinin yayılması insanları qorxu altında saxlamağa xidmət edir.

Korona üzərində qələbə əldə olunduqdan sonra da bəşəriyyətin “internet” asılılığının davam etdirilməsi üçün tirajlanan informasiyalar məhz krizisin davamına hesablanıb.

Koronanı Çinin üstünə atanların, gələn dəfə topu kimə ötürəcəkləri də maraqla gözlənilir. Yəqin ki, bu dəfə günahkar ABŞ göstərilər və əsas iddia da Çinə cavab tədbiri kimi qeyd olunar.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO