İsrail Ümumi Təhlükəsizlik Xidməti İranı yüksəkrütbəli İsrail siyasətçilərinə, hərbi xadimlərinə və alimlərə qarşı 200-dən çox haker hücumu həyata keçirməkdə ittiham edib.
Bizim.Media bu barədə "The Times of Israel"ə istinadən xəbər verir.
Məlumata görə, hakerlər "fişinq hücumları" adlanan üsuldan istifadə ediblər.
Bu, digər xidmətlər kimi maskalanmış zərərli linklərin göndərilməsi vasitəsilə qarşı tərəfdən məxfi məlumatların əldə edilməsi üsuludur. Xüsusi xidmət orqanlarının bildirdiyinə görə, hücumlar elektron poçt, "WhatsApp" və "Telegram" mesencerləri vasitəsilə həyata keçirilib.
Hakerlər bu yolla qurbanların cihazlarına istifadəçinin ev ünvanını və hərəkətlərini ötürən zərərli proqram təminatı yükləməyə çalışıblar.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:48 / 03.12.2024
İran İsrailə 200-dən çox haker hücumu həyata keçirib
Hazırda oxunan: İran İsrailə 200-dən çox haker hücumu həyata keçirib
Hazırda oxunan: İran İsrailə 200-dən çox haker hücumu həyata keçirib
223502
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.