ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Yaxın Şərqdə girovların azad edilməsinə dair xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə “TRUTH” hesabında müraciət ünvanlayıb.
O qeyd edib ki, girovlar onun rəsmi olaraq vəzifəyə başlamasından əvvəl azad edilməsələr, bu işdə məsul olanlar “cəhənnəm əzabı” çəkəcəklər:
“Hamı Yaxın Şərqdə belə zorakılıqla, qeyri-insani və bütün dünyanın iradəsinə zidd olaraq saxlanılan girovlardan danışır. Amma bütün bunlar sadəcə boş müzakirədir, hərəkət yoxdur!
Xəbərdarlıq edirəm, əgər girovlar 2025-ci il yanvarın 20-nə qədər, yəni Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsini qürurla qəbul etdiyim tarixə qədər azad edilməsələr, Yaxın Şərq cəhənnəmə çevriləcək.
Bəşəriyyətə qarşı cinayət işləyənlər bunun cəzasını ağır şəkildə çəkəcək”.
Bizim.Media