Dəməşq rejiminin sağ qalması naminə Bəşər Əsəd Suriya müxalifəti ilə qarşılaşmaq üçün İsraildən kömək istəyib.
Bizim.Media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Elaph” qəzeti məlumat yayıb.
Tələb Bəşərin Avropadakı ən yaxın köməkçilərindən biri vasitəsilə İsrail təhlükəsizlik agentliyinə daxil olub.
İsrail buna cavab olaraq Suriyada baş verənlərə əhəmiyyət vermədiyini bildirib və İrandan kömək istəməzdən əvvəl Suriyanı və onun silahlı qüvvələrini tərk etməyi tələb edib.
Qeyd edək ki, Hələb və Həmada İran və onun hərbiləşdirilmiş qüvvələri var.
Bizim.Media