"Şərqi Avropadakı nüvə obyektlərini vuracağıq" - Rusiyadan xəbərdarlıq

Hazırda oxunan: "Şərqi Avropadakı nüvə obyektlərini vuracağıq" - Rusiyadan xəbərdarlıq

223400

“Smolensk Atom Elektrik Stansiyasına (AES) NATO raketləri ilə hücum cəhdi edilərsə, Rusiya Şərqi Avropadakı nüvə obyektlərinə zərbələr endirə bilər”.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün teleqram kanalında bildirib.

 

“Smolensk AES-ə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, Rusiyanın Cənubi Ukrayna AES, Rovno AES və Xmelnitski AES-ə, eləcə də Şərqi Avropadakı nüvə obyektlərinə eyni vaxtda zərbə endirməsi ssenarisini nəzərdən keçirmək lazımdır. Artıq burada çəkinməli bir şey yoxdur”- deyə, o qeyd edib.

 

Bazar günü bəzi teleqram kanallarında Ukrayna Silahlı Qüvvələrinin Smolensk vilayətindəki Desnoqorsk AES-ə raketlərlə hücum etmək istəməsi ilə bağlı xəbərlər yayılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO