Suriyada vəziyyətin pisləşməsi Türkiyə ilə Rusiya arasında münaqişəyə səbəb ola bilər

Suriyada vəziyyətin pisləşməsi Türkiyə ilə Rusiya arasında münaqişəyə səbəb ola bilər

Hazırda oxunan: Suriyada vəziyyətin pisləşməsi Türkiyə ilə Rusiya arasında münaqişəyə səbəb ola bilər

223343

Noyabrın 27-dən Suriyada vəziyyətin gərginləşməsi Türkiyə ilə Rusiya arasında münaqişəyə səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” yazır.

Materialda qeyd edildiyi kimi, Suriyada eskalasiya Yaxın Şərqdə daha bir sabitliyi pozan müharibə zonasının yaranmasına səbəb ola bilər.

Məqalədə deyilir: “Bu, vəziyyət öz maraqları olan Rusiya və Türkiyəni bir-birinə qarşı birbaşa, şiddətli münaqişəyə cəlb etmək riskini daşıyır”.
 

Bundan əvvəl Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan telefon danışığı zamanı Suriyadakı vəziyyətdən narahat olduqlarını bildiriblər.


Suriya Silahlı Qüvvələrinin komandanlığı son günlər terror qruplaşmalarına qarşı döyüşlər zamanı onlarla suriyalı əsgərin öldüyünü bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO