Rusiyada çinli tələbələr hərbi xidmətə çağırıldı

Rusiyada çinli tələbələr hərbi xidmətə çağırıldı

Hazırda oxunan: Rusiyada çinli tələbələr hərbi xidmətə çağırıldı

223263

Rusiyada Moskva Dövlət Universitetinin Çin vətəndaşı olan tələbələri hərbi komissarlığa çağırıblar.

Bu barədə Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir.

Məlum olub ki, çağırış vərəqələri tələbələrə “texniki nasazlıq” səbəbindən göndərilib.
 

Belə ki, hazırkı qəbuldan əvvəl Moskva Dövlət Universitetində oxumuş bir çox çinli tələbə artıq Rusiya vətəndaşlığını alıb. Nəticədə eyni ada sahib olan tələbələrə hərbi xidmətə çağırış vərəqəsi verilib. Çinlilərin Rusiya ordusunda xidmət etməsi qanuni olaraq mümkün deyil, çünki onlar başqa ölkənin vətəndaşı olaraq qalırlar.


Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərindəki yerləşən pərakəndə satış məntəqələrində keçirilən genişmiqyaslı reyddən sonra 150-yə yaxın xarici vətəndaş hərbi komissarlığa aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO