Britaniyanın Birmingem şəhəri yaxınlığındakı Great Barrda yaşayan üç yaşlı qız yüksək IQ səviyyəsinə sahib olan insanlar cəmiyyətinə daxil olmaq sınağından müvəffəqiyyətlə keçib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “lenta.ru” saytı yayıb.
Mənbə yazır ki, 3 yaşlı Dayaal Kaur 142 bal topladıqdan və yaşına uyğun giriş testində 99,9 faiz düzgün cavab verdikdən sonra Mensa cəmiyyətində qəbul edilib. Bu nəticə 160 balı olan Stiven Xokinqin IQ səviyyəsinə yaxındır.
Qızın atası Sarbjit Singh deyib ki, uşaq 1.1 yaşında 15-ə qədər saya bilib, əlifbanı öyrənib.
İki yaşında o, bütün planetlərin adlarını bilib və valideynlərinə elə suallar verib ki, onlar bunun cavabını tapmaq üçün axtarış sistemlərindən istifadə ediblər.
Valideynlər qızı Mensa testindən keçməyə göndəriblər. Qızlarının beş yaşlı bir uşaq səviyyəsində danışmaq və saymaq qabiliyyətinə sahib olduğunu öyrəndikləri zaman təəccübləniblər.
Dayaala Edgbaston ərazisindəki xüsusi bir məktəbdə endirimli təhsil haqqı ilə oxumaq təklifi edilib. Ancaq Sarbjit endirimə baxmayaraq təhsil haqlarının ailələrinin imkanlarından çox olduğunu söyləyib. Qız yerli ibtidai məktəbdə oxumağa göndərilib. Valideynlər qızlarını yuxarı sinifə keçirməyə çalışırlar.
"Dayaala nə desəm də, məni yaşlı insan kimi başa düşürdü", deyə atası qeyd edib.
Onun sözlərinə görə, qızı həmişə tam metrajlı filmlərə baxırdı, süjet və zarafatları başa düşürdü.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:24 / 25.05.2021
ŞOK: 3 yaşlı qız yüksək IQ səviyyəsinə görə Xokinqə yaxınlaşdı - FOTO
Hazırda oxunan: ŞOK: 3 yaşlı qız yüksək IQ səviyyəsinə görə Xokinqə yaxınlaşdı - FOTO
Hazırda oxunan: ŞOK: 3 yaşlı qız yüksək IQ səviyyəsinə görə Xokinqə yaxınlaşdı - FOTO
22291
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.