Baydendən ukraynalılara MÜRACİƏT: “ABŞ sizinlədir”

Baydendən ukraynalılara MÜRACİƏT: “ABŞ sizinlədir”

Hazırda oxunan: Baydendən ukraynalılara MÜRACİƏT: “ABŞ sizinlədir”

222896

ABŞ-ın hazırkı prezidenti Co Bayden Rusiyanın noyabrın 28-nə keçən gecə Ukraynaya kütləvi hücumunu pisləyib və bundan sonra da Kiyevə dəstək verəcəyini bildirib. 

Bizim.Media xəbər verir ki, ABŞ Prezidentinin bu barədə bəyanatı Ağ Evin saytında dərc olunub.

Bayden müraciətində ABŞ-ın Ukraynaya dəstəyini davam etdirdiyini vurğulayıb:

"Bu hücum hədsizdir və bir daha Ukrayna xalqının Rusiyanın təcavüzünə qarşı mübarizəsində dəstəyin vacibliyini xatırladır. Bu gün mənim Ukrayna xalqına mesajım aydındır: Birləşmiş Ştatlar sizinlədir. Bu ilin əvvəlində mənim göstərişimlə ABŞ hava hücumundan müdafiə ixracatını prioritetləşdirməyə başladı, ona görə də onlar ilk növbədə Ukraynaya gedirlər”.

Amerika lideri həmçinin administrasiyasının qışdan əvvəl Ukraynanın enerji dayanıqlığını gücləndirmək səylərini, eləcə də artilleriya, raketlər və zirehli texnika kimi digər kritik resurslarla təmin olunmasını qeyd edib.

Bayden həmçinin əlavə edib ki, Rusiya Ukrayna xalqının cəsarətini, möhkəmliyini və qətiyyətini qiymətləndirməməyə davam edir.

Qeyd edək ki, noyabrın 27-dən 28-nə keçən gecə Rusiya qoşunları Ukraynanın enerji sektoruna irimiqyaslı raket və dron hücumu həyata keçirib. Ukraynaya atılan 188 hava hədəfindən 76 qanadlı raket, üç idarə olunan raket və 35 pilotsuz təyyarə məhv edilib. Hücumların əsas hədəfi Ukraynanın yanacaq-energetika obyektləri olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO