Zurabişvili özünü hakimiyyətin yeganə qanuni nümayəndəsi elan edərək aksiyaya QOŞULDU - VİDEO

Zurabişvili özünü hakimiyyətin yeganə qanuni nümayəndəsi elan edərək aksiyaya QOŞULDU - VİDEO

Hazırda oxunan: Zurabişvili özünü hakimiyyətin yeganə qanuni nümayəndəsi elan edərək aksiyaya QOŞULDU - VİDEO

222876

Tbilisinin Rustaveli prospektində keçirilən etiraz aksiyasına Gürcüstan prezidenti Salome Zurabişvili də qatılıb.

Bizim.Media xəbər verir ki, Zurabişvili özünü ölkədə hakimiyyətin yeganə qanuni nümayəndəsi elan edib.

“Bu gün mən bu ölkədə yeganə qanuni qurumam, bu ölkənin yeganə qanuni nümayəndəsiyəm, cəmiyyətimiz adından dünyaya danışmaq hüququna malik olan yeganə insanam, mən bunu edəcəm və sona qədər burada olacağam ”, - Gürcüstan prezidenti bildirib.

Zurabişvili deyib ki, hakim “Gürcü arzusu” partiyasının Aİ-yə üzvlüklə bağlı danışıqları dayandırmaq qərarı indiki hakimiyyət tərəfindən bir neçə ay əvvəl başlanmış konstitusiya çevrilişinə son qoyub:

"Bu gün bu qeyri-qanuni rəhbərlik sülh deyil, öz xalqına, keçmişinə və gələcəyinə müharibə elan edib".

Qeyd edək ki, etirazlara səbəb Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurduğunu elan etməsi olub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO