Gürcüstanın 2028-ci ilə qədər Avropaya inteqrasiyadan imtinası ilə bağlı qərarından sonra ölkənin paytaxtı da daxil olmaqla, bir sıra şəhərlərində etirazlar başlayıb.
Bizim.Media xəbər verir ki, Tbilisidə bəzi etirazçılar Gürcüstan parlamentinin yaxınlığındakı metal hasarları döyüblər.
Qeyd edək ki, bu gün Baş nazir İrakli Kobaxidze Gürcüstanın Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurduğunu elan edib.
Bizim.Media