ARD telekanalının jurnalistlərinin Rusiyadan çıxarılması ilə əlaqədar Rusiyanın Berlindəki səfiri Almaniya XİN-ə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.
“ARD əməkdaşlarının Rusiyadan çıxarılması qəbuledilməzdir və bunun əsaslandırması sadəcə olaraq yanlış və yalandır. Biz bunu qətiyyətlə pisləyirik. Ona görə də Rusiya səfirini çağırdıq”, - nazir belə deyib.
Berbok Almaniya və Avropada mətbuat azadlığının məhdudlaşdırılması ilə bağlı bəyanatları pisləyib və qəbuledilməz adlandırıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ARD telekanalının iki əməkdaşının ölkədən çıxarıldığını açıqlamışdı. Diplomat bildirib ki, bu addım Almaniyada Birinci Kanalın bürosunun bağlanmasına cavabdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:00 / 28.11.2024
Rusiyanın Berlindəki səfiri Almaniya XİN-ə çağırıldı
Hazırda oxunan: Rusiyanın Berlindəki səfiri Almaniya XİN-ə çağırıldı
Hazırda oxunan: Rusiyanın Berlindəki səfiri Almaniya XİN-ə çağırıldı
222834
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.