Moskva artıq neçə Qərb raketinin Ukraynaya çatdırıldığını və nə qədərinin çatdırılmasının planlaşdırıldığını bilir.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin cümə axşamı Astanada KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında deyib.
“Əlbəttə, biz bilirik ki, potensial düşmənin nə qədər müvafiq silah sistemi var. Hətta onların dəqiq harada yerləşdiyini, Ukraynaya nə qədər gətirildiyini də bilirik", deyə Putin əlavə edib.
Onun sözlərinə görə, Ukrayna ərazisinə ən müasir silahın belə tədarükü döyüş meydanındakı vəziyyəti dəyişməyəcək.
“Ordumuzda müxtəlif millətlərin nümayəndələri var. Kimsə xaç çevirəcək, kimsə Allahdan kömək istəyəcək, amma hamısı birlikdə irəli gedəcək. Və onlara heç nə mane olmayacaq”, - Rusiya prezidenti əminlinlə bildirib.
Putin vurğulayıb ki, Rusiyada Qərb raket sistemlərinin analoqlarının istehsalı NATO ölkələrinin bütün istehsalından 10 dəfə çoxdur: “Müvafiq raket sistemlərinin istehsalına gəlincə, Rusiyada bu, bütün NATO-nun ümumi istehsalından 10 dəfə çoxdur. Gələn il bu hasilat daha 25-30% artırılacaq. Bundan əlavə, yaxın illərdə Rusiyanın menyusunda öz xüsusiyyətlərinə görə dünyada analoqu olmayan yeni hipersəs kompleksləri olacaq.
“Menyu”muzda, belə demək mümkünsə, qarşıdakı illərdə başqa məhsullar da görünə bilər. Necə deyərlər, müştəri mütləq razı qalacaq”.
Rusiya Federasiyasının prezidenti xatırladıb ki, Rusiyanın da öz arsenalında “xüsusiyyətlərinə görə dünyada analoqu olmayan” “Kalibr” kompleksləri, “Kinjal” və “Zirkon” hipersəs raket sistemləri var.
Bizim.Media